Almaniya kubokunda finalçılar bəlli olub

Almaniya kubokunda finalçılar bəlli olub
# 18 aprel 2018 23:08 (UTC +04:00)

Futbol üzrə Almaniya kubokunda ikinci finalçı bəlli olub.

APA-nın xəbərinə görə, ikinci yarımfinal matçında Frankfurtun “Ayntraxt” klubu “Şalke”ni 1:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Bundan əvvəl “Bavariya” Leverkuzenin “Bayer” klubunu 6:2 hesabı ilə darmadağın edərək finala yüksəlib.

Beləliklə, mayın 19-da həlledici oyunda “Ayntraxt” və “Bavariya” üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR