Tunisdə hərbi təyyarə qəzaya uğrayıb

Tunisdə hərbi təyyarə qəzaya uğrayıb
# 24 aprel 2018 04:29 (UTC +04:00)

Tunisin şərqində hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Sfaks şəhəri yaxınlığında yerləşən hərbi bazanın yaxınlığında qeydə alınıb.

Təlim uçuşu həyata keçirən təyyarənin qəzaya düşməsi nəticəsində azı 2 nəfər ölüb.

İnsidentin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR