FAO mayda Azərbaycanda 3 layihəyə start verəcək

FAO mayda Azərbaycanda 3 layihəyə start verəcək
# 24 aprel 2018 08:48 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) may ayında Azərbaycanda 3 layihəyə start verəcək.

"APA-Economics" xəbər verir ki, bunu FAO nümayəndəsi Natəvan Aslanova bildirib.

"Bu layihələrdən biri ölkədə qoyunçuluğun inkişaf etdirilməsi ilə bağlı layihədir. Digər layihə damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması ilə bağlı layihədir. Üçüncü layihə isə toxumluq kartof istehsalına başlanılması ilə bağlıdır. Bundan başqa, daha 2 layihənin də həyata keçirilməsi gözlənilir ki, bunlardan biri fındıq istehsalı və fındıq istehsalında dəyər zəncirinin inkişaf etdirilməsi, digər layihə isə arıçılıqla bağlı olacaq", - deyə N.Aslanova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR