Həmsədr Ermənistanda baş verənlərin Qarabağ münaqişəsi ilə bağlı prosesdə ABŞ-ın iştirakına necə təsir edəcəyinə aydınlıq gətirib

Həmsədr Ermənistanda baş verənlərin Qarabağ münaqişəsi ilə bağlı prosesdə ABŞ-ın iştirakına necə təsir edəcəyinə aydınlıq gətirib
# 24 aprel 2018 15:14 (UTC +04:00)

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini güclü şəkildə dəstəkləməyə davam edir”.

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer Ermənistanda baş verən son hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesində ABŞ-ın iştirakına necə təsir edəcəyi ilə bağlı suala cavabında deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü kimi tərəflərlə sülh yolu ilə həllin tapılması işində aktiv işləməyə davam edəcək: “ABŞ həmçinin tam olaraq həmsədrlərin ötən gün verilmiş bəyanatını dəstəkləyir. Bu bəyanatda həmsədrlər tərəfləri atəşkəsə hörmət etməyə və təmas xəttində gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə çağırıb.

ABŞ-ın siyasəti sabit olaraq qalır. Münaqişəsinin yeganə həlli güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərini özündə əks etdirən beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə mümkündür”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR