Azərbaycanlı pianoçu ilk dəfə Amstredam Filarmoniyasında çıxış edib

Azərbaycanlı pianoçu ilk dəfə Amstredam Filarmoniyasında çıxış edib
# 24 aprel 2018 19:51 (UTC +04:00)

Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı azərbaycanlı pianoçu Toğrul Hüseynli 28-ci Beynəlxalq "The İnternational Holland Musik Sessions" Festivalı çərçivəsində konsert proqramları ilə çıxış edir.

T. Hüseynli APA-ya açıqlamasında bildirib ki, aprelin 15-dən başlayan və aprelin 25-dək davam edəcək məşhur "The İnternational Holland Musik Sessions" Festivalı müxtəlif ölkələrdə keçirilir.

Bu festivalda fortepiano, skripka və violonçel ifaçıları iştirak edirlər. T. Hüseynli artıq festival çərçivəsində Hollandiyanın Teksel, Eqmond və Amstredam şəhərlərində, o cümlədən bu gün Bratislavada Slovakiya Dövlət Filarmoniyasında konsert proqramları ilə çıxış edib. Pianoçumuz Robert Şuman, İohann Sebastyan Bax və digər məşhur müəlliflərin əsərlərini ifa edib və bu, musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib. T. Hüseynli dünyada məşhur musiqiçilərin çıxış etdiyi Amstredam Filarmoniyasının səhnəsində çıxış edən ilk azərbaycanlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR