Naxçıvan mədəniyyət naziri təyin edilib

Naxçıvan mədəniyyət naziri təyin edilib
# 24 aprel 2018 20:55 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Natəvan Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb.

N. Qədimova bundan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR