“Formula-1”: Azərbaycan Qran-prisinin gündəliyi açıqlanıb

“Formula-1”: Azərbaycan Qran-prisinin gündəliyi açıqlanıb
# 25 aprel 2018 08:55 (UTC +04:00)

Aprelin 27-29-da Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin gündəliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarış “Formula-2” pilotlarının sərbəst yürüşü ilə başlayacaq.

Onlar aprelin 27-də sıralama turunda da iştirak edəcəklər. Həmçinin, “Formula-1” iştirakçıları 2 sərbəst yürüşlə azarkeşlər önünə çıxacaqlar.

Ertəsi gün “Formula-2”də birinci yarış, “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu olacaq. Aprelin 29-da isə “Formula-2” üzrə ikinci yarış baş tutacaq. Günün sonunda isə Azərbaycan Qran-prisinin qalibləri müəyyənləşəcək.

27 aprel

11:00-11:45. “Formula-2” – Sərbəst yürüş

13:00-14:30. “Formula-1” – Birinci sərbəst yürüş

15:00-15:30. “Formula-2” – Sıralama turu

17:00-18:30. “Formula-1” – İkinci sərbəst yürüş

28 aprel

12:00-13:05. “Formula-2” – Birinci yarış (29 dövrə və ya 60 dəqiqə)

14:00-15:00. “Formula-1” – Üçüncü sərbəst yürüş

17:00 – 18:00. “Formula-1” – Sıralama turu

29 aprel

13:10-14:00. “Formula-2” – İkinci yarış (21 dövrə və ya 45 dəqiqə)

14:40-15:10. Pilotların trek paradı

15:00-15:25. Açılış mərasimi

15:56-15:58. Dövlət himni

16:10-18:00. “Formula-1” – Qran-pri (51 dövrə və ya 120 dəqiqə)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR