Gürcüstan müsəlmanları dini hisslərin təhqir olunmasına görə cəzaların tətbiqini dəstəkləyir

Gürcüstan müsəlmanları dini hisslərin təhqir olunmasına görə cəzaların tətbiqini dəstəkləyir
# 25 aprel 2018 10:49 (UTC +04:00)

Gürcüstan müsəlmanları dini hisslərin təhqirinə görə cəzaların tətbiq olunmasının tərəfdarıdır.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev bildirib. O hesab edir ki, dini hisslərin təhqir olunması ilə bağlı qanunun qəbulu dini ədavətin alovlanmasının qarşısını ala bilər: “Son vaxtlar dini hisslərin təhqir olunması faktlarının artması fonunda qanunla bu halların qarşısını almaq olar. Qanun həm də bu cür halların fiziki qarşıdurmaya keçməsinə yol verməz”.

Qeyd edək ki, Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində dini hisslərin təhqir olunmasına qarşı cəza və cərimələrin tətbiqi ilə bağlı müzakirələr aparılır. Qanun layihəsinə əsasən, dini hissləri təhqir etmiş şəxslərə qarşı 1 ilə qədər həbs cəzası və ya cərimə tətbiq oluna bilər. Layihənin müzakirəsi ilə bağlı işçi qrupunun da yaradılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR