Britaniya səfirliyi "Formula 1" yarışları ilə bağlı Azərbaycanda müxtəlif tədbirlər keçirəcək

Britaniya səfirliyi "Formula 1" yarışları ilə bağlı Azərbaycanda müxtəlif  tədbirlər keçirəcək
# 26 aprel 2018 14:08 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "Formula 1" yarışları ilə bağlı Azərbaycanda müxtəlif tədbirlər keçirtməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin energetika, turizm və investisiya departamentinin rəhbəri Stiven Smit bu gün keçirilən mətbuat konfransında deyib.

"Formula 1" yarışlarının beynəlxalq əhəmiyyətindən danışan və Azərbaycanda artıq üçüncü ildir keçirildiyini vurğulayan S.Smit bildirib ki, ilk olaraq aprelin 27-də saat 12:30-da "Fashion Roundtable" (Moda mövzusunda dairəvi masa), saat 14:00-da UK Excellence Seminar, əlavə olaraq VİP Reception/Fashion Show keçiriləcək.

O qeyd edib ki, aprelin 27-də keçiriləcək "Fashion Show"da 3 Azərbaycan və 3 Böyük Britaniya brendi nümayiş ediləcək. Aprelin 30-da isə ikinci moda nümayişi olacaq.

S.Smitin sözlərinə görə, bu tədbir Böyük Britaniyanın Azərbaycandakı, Azərbaycanın isə Böyük Britaniyadakı nüfuzunun yüksəlməsinə kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR