Luis Hamilton Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub - YENİLƏNİB

Luis Hamilton Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub - <span style="color: red;">YENİLƏNİB
# 29 aprel 2018 15:58 (UTC +04:00)

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib.

APA-nın məlumatına görə, Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının pilotu Luis Hamilton olub.

İkinci yerdə Kimi Raykonnen (“Ferrari”), üçüncü yerdə Serxio Peres (“Force India”) qərarlaşıb.

***

saat 16.11

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən açılış mərasimi maraqlı anları ilə yadda qalıb. Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Sonra Azərbaycan Respublikasının dövlət himni ifa edilib. Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra saat 16:10-da 51 dövrədən ibarət Qran-Pri başlayıb.

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayanıblar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR