İnam Kərimov “Aqrolizinq”in fəaliyyəti ilə tanış olub

İnam Kərimov “Aqrolizinq”in fəaliyyəti ilə tanış olub
# 30 aprel 2018 15:35 (UTC +04:00)

Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrolizinq” ASC-nin fəaliyyəti və əməkdaşlarının iş şəraiti ilə tanış olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir iş prosesində əməkdaşların qarşılaşdıqları bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov cəmiyyətin fəaliyyətinin bütün istiqamətləri, o cümlədən Avtomatlaşdırılmış İnformasiya Sistemi (AİS) və göstərilən xidmətin elektronlaşdırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib.

İ.Kərimov daha sonra kənd təsərrüfatı texnikalarını lizinqə götürmək üçün “Aqrolizinq” ASC-yə müraciət edən fermer və sahibkarlarla da görüşərək onlarla ətraflı söhbət aparıb.

İstifadəçiləri diqqətlə dinləyən nazir onların qarşılaşdıqları çətinliklər, aradan qaldırılması istiqamətində təkliflərlə maraqlanıb. Bir neçə fermer kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, o cümlədən qarabaşaq istehsalında istifadə olunan texnikaların, yeni gübrə növlərinin gətirilməsi barədə təkliflərini, həmçinin taxıl biçini zamanı kombaynların istifadəsinə dair istəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR