Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sahibkarlara müraciət edib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sahibkarlara müraciət edib
# 02 may 2018 11:16 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, AZPROMO xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlb olunması üçün nəzərdə tutulan layihələrin qəbulunu davam etdirir.

İnvestisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.

İnvestisiya layihələri texniki iqtisadi əsaslandırma (Biznes Plan) ilə birlikdə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR