Tokay Məmmədov sabah İkinci Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB

Tokay Məmmədov sabah İkinci Fəxri Xiyabanda dəfn olunacaq - <span style="color: red;">YENİLƏNİB
# 02 may 2018 15:09 (UTC +04:00)

Xalq rəssamı Tokay Məmmədovla vida mərasimi mayın 3-də Təzə Pir Məscidində keçiriləcək.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görkəmli heykəltəraşla vida görüşü saat 12:00-dan 14:00-dək davam edəcək. Xalq rəssamının dəfn olunacağı yer hələlik məlum deyil, yaxın saatlarda bununla bağlı məlumat veriləcək.

T. Məmmədov sabah İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, 91 yaşlı xalq rəssamı bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR