Yığmamız Maribora 14 voleybolçu ilə yollanır

Yığmamız Maribora 14 voleybolçu ilə yollanır
# 03 may 2018 12:58 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün aprelin 15-dən başladığı hazırlığı Sloveniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, komandamız Maribora bu gün yollanacaq.

Faiq Qarayevin yetirmələri mayın 16-dək Sloveniyada təlim-məşq toplanışında olacaq. Voleybolçularımız hazırlığın gedişində bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır. Bu rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya kimi rəqiblər var.

Təlim-məşq toplanışına komandamız aşağıdakı heyətlə yollanacaq:

Toppaylayıcılar: Şəfaqət Alışanova, Yana Əzimova;

Blokçular: Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova;

Hücumçular: Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Anastasiya Bessonova, Marqarita Əzizova;

Liberolar: Ceyran İmanova, Bəyaz Əliyeva, Yuliya Kərimova.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR