Millimiz Dünya Kubokundan imtina edib

Millimiz Dünya Kubokundan imtina edib
# 03 may 2018 13:21 (UTC +04:00)

Güllə atıcılığı üzrə Azərbaycan millisi Dünya Kubokuna qatılmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, snayperlərimiz mayın 7-dən 15-dək ABŞ-da keçiriləcək yarışa qatılmayacaqlar.

Artıq Beynəlxalq Atıcılıq İdmanı Federasiyası bunu rəsmi saytında da açıqlayıb. Yarış üçün 53 ölkə qeydiyyatdan keçsə də, onlar arasında Azərbaycan yoxdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR