Azərbaycan prezidenti: “Ölkəmizdə iqtisadi inkişaf tam təmin edilib”

Azərbaycan prezidenti: “Ölkəmizdə iqtisadi inkişaf tam təmin edilib”
# 04 may 2018 15:38 (UTC +04:00)

“Xızıya içməli suyun verilməsi əlamətdar hadisədir”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə ictimaiyyət nümayəndələri ilə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, belə layihələrin reallaşdırılması ölkədə sosial sahədə aparılan uğurlu islahatların göstəricisidir: "Xızıda sosial məsələlər həll edilib. Qazlaşma, elektrik enerjisi təchizatı, kənd yollarının çəkilməsi kimi layihələr uğurla icra olunur. Kənd təsərrüfatının inkişafı və yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə məhsuldarlıq artacaq”.

Prezident İlham Əliyev Azərbaycanda xalqla iqtidar arasında birliyin gündən-günə möhkəmləndiyini vurğulayıb: “Ölkəmizdə iqtisadi inkişaf tam təmin edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR