Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında iki medal qazanıb - YENİLƏNİB

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında iki medal qazanıb - <span style="color: red;">YENİLƏNİB
# 04 may 2018 19:21 (UTC +04:00)

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, qadın güləşçilərimizdən ikisi həlledici oyuna çıxıb.

Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova (65 kq) həlledici görüşə çıxıb.

Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Olli ilə bacarmayıb və ikinciliklə barışıb.

Bundan əvvəl 3-cü yer uğrunda mübarizədə belaruslu Zalina Sidakova üzərində qələbə qazanan Alena Kolesnik (57 kq) bürünc medal qazanıb.

Kişilər arasında yarışlarda iki sərbəst güləşçimiz finala vəsiqə qazanıb. Giorgi Edişeraşvili (57 kq) finalda rusiyalı Zaur Uquyevlə, Hacı Əliyev isə (65 kq) daha bir Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşacaq.

***

20:42

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün həmçinin 53, 57, 62 və 65 kq çəki dərəcələrində mübarizə aparan qadın güləşçilər mükafat uğrunda yarışır.

Yarımfinalda rəqibinə yenilən Alena Kolesnikin (57 kq) “bürünc” şansı davam edib. O, Avropa üçüncüsü olmaq üçün döşək üzərinə çıxıb. Belaruslu Zalina Sidakova üzərində 36 saniyəyə təmiz qələbə qazanan Kolesnik istəyinə nail olub.

Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova (65 kq) həlledici görüşə çıxacaq. Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Ollidən güclü olmağa çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR