Nazir müavini KTN-də kadr islahatlarına münasibət bildirib

Nazir müavini KTN-də kadr islahatlarına münasibət bildirib
# 07 may 2018 09:28 (UTC +04:00)

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev nazirlikdə aparılan kadr islahatlarına münasibət bildirib.

"APA-Economics"in məlumatına görə, nazir müavini bildirib ki, səlahiyyət və vəzifələrini layiqincə yerinə yetirən kadrlarla bağlı heç bir dəyişiklik olmayacaq: "Kadr dəyişikliyi problem deyil. Nazirin məqsədi yaxşı, elmi potensialı, savadı olan kadrları daha da aktivləşdirmək və onlardan səmərəli istifadə etməkdir".

Nazir müavini "Aqrolizinq" ASC-nin rəhbərinin dəyişdirilməsi məsələsinə də toxunub: "Aqrolizinq" ASC-də hansısa nöqsanlar, çatışmazlıq var idi. Ora yeni nəfəs vermək üçün daha cavan kadr gətirildi. Əsas məqsəd ümumi işə yenilik gətirmək, nöqsanları aradan qaldırmaqdır. Hesab edirəm ki, yeni təyin olunan rəhbər etimadı doğruldacaq. Məqsəd ümumi işə yenilik gətirmək, qüsurları aradan qaldırmaqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR