YAP Heydər Əliyevin 95 illiyi münasibətilə tədbir təşkil edib

YAP Heydər Əliyevin 95 illiyi münasibətilə tədbir təşkil edib
# 07 may 2018 11:07 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir təşkil edib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov Heydər Əliyevin ömrünün 75 ilini Azərbaycan xalqına, dövlətinə xidmətə həsr etdiyini bildirib.

Ə. Əhmədov bu gün Heydər Əliyevin ideyaları ilə Azərbaycan xalqına, dövlətinə xidmət etdiyini söyləyib: "Gənc nəsil Heydər Əliyev irsini, ideyalarını dərindən öyrənməlidir. Hər bir azərbaycanlı Heydər Əliyevə öz dərin hörmətini qəlbində saxlayır".

Mərasimdə məşhur rəssam Sakit Məmmədovun müəllifi olduğu "Heydər Əliyev" portreti təqdim olunub.

Tədbirdə çıxış edən memar və rəssam Rasim Əliyev deyib ki, Heydər Əliyev Azərbaycanın xilaskarı, dahi şəxsiyyətdir.

O, Heydər Əliyevlə bağlı xatirələrini danışıb.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR