"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında əsasnamə təsdiqlənib

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında əsasnamə təsdiqlənib
# 07 may 2018 20:28 (UTC +04:00)

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında əsasnamə təsdiq edilib.

APA-nın xəbərinə görə, "Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR