Ruandada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Ruandada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
# 08 may 2018 03:53 (UTC +04:00)

Ruandanın qərb bölgəsində güclü yağışın səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü, xəsarət alan 7 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

İtkin düşənlərin olduğu üçün ölənlərin sayının artması ehtimal edilir.

Rəsmi məlumata əsasən, ilin əvvəlindən Ruandada təbii fəlakət hadisələri səbəbindən 183 nəfər ölüb, 215 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR