Rauf Talışinski Bakıdakı evində vəfat edib

Rauf Talışinski Bakıdakı evində vəfat edib
# 08 may 2018 10:31 (UTC +04:00)

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski Bakıdakı evində vəfat edib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Rauf Talışinskinin evinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski də hadisə yerindədir.

Jurnalistin nəşi müayinə olunmaq üçün morqa aparılıb.

Yaxınlarının bildirdiyinə görə, o, hadisə vaxtı evdə tək olub. Səhər evə gələn xadimə onun meyitini aşkarlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR