Bu il Azərbaycanda 300 subartezian quyusu qazılaraq istifadəyə veriləcək

Bu il Azərbaycanda 300 subartezian quyusu qazılaraq istifadəyə veriləcək
# 08 may 2018 22:49 (UTC +04:00)

Bu il 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun 300 ədəd subartezian quyusu qazılaraq istifadəyə veriləcək.

APA-nın məlumatına görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bunu "Xalq" qəzetində işıq üzü görən "Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar Heydər Əliyevin adı ilə bağlıdır" başlıqlı məqaləsində qeyd edib.

Ə. Əhmədzadə 2018-ci ildə respublika üzrə 1447 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsinin nəzərdə tutulduğunu bildirib: "Bunun üçün cari ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işlərinin görülməsi, 5900 hidrotexniki qurğunun, 156 subartezian quyusunun, 270 nasos və mühərrikin təmir edilməsi nəzərdə tutulub. Bununla yanaşı, çay məcralarında 10,3 milyon kubmetr həcmdə məcratəmizləmə işləri aparılacaq, 10 min kubmetr şaxdaş, faşın və qabion bəndlər quraşdırılacaq, torpaq mühafizə bəndlərində 6300 min kubmetr həcmdə möhkəmləndirmə işləri, 2800 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri və daş-beton bəndlərdə 18 min kubmetr təmir işləri yerinə yetiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR