Bu il Azərbaycanda suvarılan torpaqların 100 min hektar artırılması üçün görüləcək işlər açıqlanıb

Bu il Azərbaycanda suvarılan torpaqların 100 min hektar artırılması üçün görüləcək işlər açıqlanıb
# 08 may 2018 22:55 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Cəmiyyətin kollektivi qarşısında suvarılan torpaqların 2018-ci ildə daha 100 min hektar artırılması ilə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafı istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması üçün mühüm vəzifələr qoyulub.

APA-nın məlumatına görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bunu "Xalq" qəzetində işıq üzü görən "Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar Heydər Əliyevin adı ilə bağlıdır" başlıqlı məqaləsində qeyd edib.

Ə. Əhmədzadə bildirib ki, 2018-ci ildə də böyüklüyünə ə kənd təsərrüfatının inkişafında xüsusi rola malik olan Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcək. Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 km-ə qədər hissəsində tamamlama işləri başa çatdırılaraq Goranboy rayonunda 8000 hektar sahəyə suvarma suyu çatdırılacaq. Taxtakörpü su anbarı zonasında isə Şabran rayonunda meliorativ tədbirlər davam etdirilərək 12 min hektar, o cümlədən 5 min hektara yaxın yeni torpaq istifadəyə veriləcək və 7 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda Şabran rayonunda 7 min hektara yaxın torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektordrenaj şəbəkələrinin tikintisi işləri yerinə yetiriləcək.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri nəzərə çatdırıb ki, Kür çayında nasos stansiyasında və “H” kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin layihə üzrə qalan 7551 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla rayonun 9320 hektara yaxın az məhsuldar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1631 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Goranboy və Qax rayonlarında yaradılmış aqroparklara məxsus torpaq sahələrində meliorativ tədbirlər davam etdirilərək bu torpaqlara suvarma suyunun çatdırılması, ötən ildə suvarma suyu çatdırılmış Şabran rayonunda yaradılacaq Aqroparka məxsus 1740 hektar sahədə isə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri başa çatdırılacaq. Şəki və Oğuz rayonlarında 12 min hektar sahədə yaradılacaq Aqroparka məxsus torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün layihə sənədlərini tamamlamaqla yaxın günlərdə Türyançay çayında nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisi işlərinə başlanılacaq. Xəzər, Pirallahı və Xızı rayonlarında zeytun və badam bağları salınacaq 5000 hektar sahənin 2400 hektarında tikinti işləri başa çatdırılaraq suvarma suyu ilə təmin ediləcək.

Ə. Əhmədzadə qeyd edib ki, Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12433 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələrinə suvarma suyu çatdırılacaq. Ötən ildə torpaq məcrada inşa olunmuş 54 km uzunluğunda Araz çayının Yeni qolunun cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinə suvarma suyunun verilməsi mümkün olacaq. Azərbaycan prezidentinin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə bitişik Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin 280 ha əkin sahəsinə Araz çayından suvarma suyunun verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi davam etdirilərək bu torpaqlar suvarma suyu ilə təmin ediləcəkEyni zamanda Yuxarı Şirvan kanalının yenidənqurulmasının işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR