Somalidə bazarda partlayış törədilib, ölən və yaralananlar var

Somalidə bazarda partlayış törədilib, ölən və yaralananlar var
# 10 may 2018 01:42 (UTC +04:00)

Somalidə baş verən partlayış nəticəsində 11 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxt Moqadişodan 70 km aralıda qeydə alınıb.

Vanlaveyn şəhərində bazarda törədilən partlayışda 11 nəfərin öldüyü təsdiqlənib, 10-dan çox insan ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR