XİN-də "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib

XİN-də "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib
# 10 may 2018 14:48 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyində "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Elman Nəsirov çıxış ediblər. Məruzəçilər 1993-cü ilin iyununda Heydər Əliyevin xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitliyin və təhlükəsizliyin bərqərar olduğunu və bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də köklü dəyişiklərin edildiyini nəzərə çatdırıblar.

Məruzəçilər ölkənin milli maraqları və beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla qonşu dövlətlər və dünya birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, ölkənin enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, ələlxüsus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya blokadasının aradan götürülməsi və işğalçıya qarşı beynəlxalq təzyiqin güclənməsi kimi məsələləri özündə ehtiva edən, Heydər Əliyev tərəfindən formalaşdırılan və hal-hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyası haqqında iştirakçılara məlumat veriblər.

Daha sonra tədbir iştirakçıları H. Əliyevin Xarici İşlər Nazirliyinin foyesində ucaldılmış büstü önünə gül dəstəsi qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR