Prezidentin köməkçisi: "Azərbaycanın ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir olan güclü ordusu var"

Prezidentin köməkçisi: "Azərbaycanın ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir olan güclü ordusu var"
# 11 may 2018 09:39 (UTC +04:00)

"Müasir Azərbaycanın əldə etdiyi uğurlardan biri də güclü ordunun yaradılmasıdır".

APA-nın xəbərinə görə, bunu Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimində Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi altında ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir olan güclü bir ordudur.

F. Ələsgərov qeyd edib ki, Azərbaycan ordusu öz gücünü 2016-ci ilin aprelində göstərib, üçrəngli bayrağımızı düşməndən azad edilmiş torpaqlarda ucaldıb: "Əminik ki, çox yaxın zamanda Azərbaycan bayrağı Qarabağda dalğalanacaq".

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR