Ukraynada Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş etno-caz festivalı keçirilib

Ukraynada Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş etno-caz festivalı keçirilib
# 11 may 2018 12:26 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr olunmuş etno-caz festivalı keçirilib.


Azərbaycanın Ukraynadakı Səfirliyindən APA-ya bildirilib ki, səfirliyin təşkilatçılığı ilə keçirilən, Azərbaycan və Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Kiyev şəhər Dövlət Administrasiyası rəsmilərinin, Ukrayna Ali Radasının deputatlarının, xarici diplomatik korpus rəhbərlərinin, yerli media nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin möhkəm əsaslar üzərində qurulmasında Heydər Əliyevin misilsiz rolu olduğunu vurğulayan səfir yerli sakinlərin və xarici turistlərin zövqünü oxşayan istirahət parkında Ulu Öndərin xatirəsinə həsr olunmuş etno-caz musiqi festivalının unudulmaz anlar yaşadacağını qeyd edib.


Sonra Ukraynada fəaliyyət göstərən Azərbaycanın “Qafqaz” mahnı və rəqs ansamblının rəngarəng çıxışları, Ukraynanın əkiz bacıları Anna və Mariyanın “Sarı gəlin” və digər ifaları, tanınmış müğənni Çingiz Mustafayevin şən və həzin mahnılar oxuması böyük hərarətlə qarşılanıb.


Daha sonra Fransada yaşayan azərbaycanlı caz ifaçı, bəstəkar və pianoçu Etibar Əsədlinin bir saatlıq ifası musiqisevərlərə duyğulu anlar yaşadıb.


Festival atəşfəşanlıqla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR