Memarlar İttifaqının Heydər Əliyevin 95 illiyi və AXC-nın 100 illiyinə həsr edilmiş plenumu keçirilib

Memarlar İttifaqının Heydər Əliyevin 95 illiyi və AXC-nın 100 illiyinə həsr edilmiş plenumu keçirilib
# 12 may 2018 11:00 (UTC +04:00)

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş plenumu keçirilib.

APA-nın xəbərinə görə, plenumdan öncə tədbir iştirakçıları "Müasir Azərbaycan memarlığı" sərgisi ilə tanış olublar.

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə Heydər Əliyevin memarlıq sənətinin təbliğində və inkişafında rolunu qeyd edib: “Heydər Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən biri də memarlıq olub. Onun memarlığa böyük məhəbbəti var idi. Çünki Heydər Əliyev həm də ixtisasca memar olub”.

Plenumda “Heydər Əliyev və milli mədəni irsin qorunması” və “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” mövzularında məruzələr dinlənilib. Çıxışlardan sonra E. Qasımzadə bu ilin mart ayında Bakıda keçirilmiş Beynəlxalq Memarlar İttifaqının (BMİ) büro iclasının yekunları barədə məlumat verib. O qeyd edib ki, 2019-cu ildə Bakıda Beynəlxalq Memarlıq Forumu və BMİ-nin Baş Assambleyası keçiriləcək.

Plenumda Azərbaycan Memarlar İttifaqının üzvlərinə milli memarlıq sənətinin inkişafında xüsusi xidmətlərinə görə “Mikayıl Useynov” xatirə medalı və “Ustad memar” peşəkarlıq şəhadətnaməsi təqdim olunub.

Sonda plenumun qətnaməsi oxunub və qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR