Cəsar Məmmədovun rəsm əsəri Britaniya Kraliçasına hədiyyə edilib

Cəsar Məmmədovun rəsm əsəri Britaniya Kraliçasına hədiyyə edilib
# 13 may 2018 12:56 (UTC +04:00)

Böyük Britaniyada 9-13 may tarixlərində Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq Ülyahəzrətə təqdim edilib.

Əməkdar rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun ailəsində dünyaya göz açan C. Məmmədov Azərbaycan rəssamlıq sənətində özünəməxsus bir məktəb yaradıb. O, yüksək yaradıcılıq nailiyyətlərinə görə Avropa Akademiyasının “Şərəf “ ordeninə layiq görülüb.

Qeyd edək ki, 2012-ci ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Qarabağ” atları Kral Vindzor At Şousunda ölkəmizi uğurla təmsil edirlər. Azərbaycanlı çaparların builki “Land of Fire - Azerbaijan” xüsusi şou-proqramdan ibarət və “Sərhədçi” rəqs ansamblının müşaiyət etdiyi çıxışları da əvvəlki illərdə olduğu kimi yenidən tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR