Bu gün paytaxtda “Bakı Marafonu 2018” keçirilib.
APA-nın məlumatına görə, “Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürüb, Bakı Olimpiya Stadionunda başa çatıb.
21 km-lik marafonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri də iştirak ediblər.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.