Milli Məclisin deputatları Gürcüstanda Azərbaycan icması ilə görüş keçirib - FOTOSESSİYA

Milli Məclisin deputatları Gürcüstanda Azərbaycan icması ilə görüş keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 13 may 2018 14:03 (UTC +04:00)

Milli Məclisin deputat qrupunun Gürcüstana səfəri başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi deputat qrupu azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yerli icma ilə görüş keçirib.

Görüşdə Azərbaycan icmasını təhsil və digər sahələrdə narahat edən məsələlər barədə müzakirə aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani, Marneuli rayonunun icra başçısı Temur Abazov və digər rəsmi şəxslər də görüşdə iştirak edib.

Qeyd edək ki, azərbaycanlı deputatlar Gürcüstana səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR