"Yuventus" ardıcıl 7-ci dəfə İtaliya çempionu olub

"Yuventus" ardıcıl 7-ci dəfə İtaliya çempionu olub
# 13 may 2018 23:00 (UTC +04:00)

İtaliya A seriyasında 37-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günü çempionun adına aydınlıq gətirib.

“Roma” ilə görüşdə 1 xal qazanan “Yuventus” qızıl medalları təmin edə bilib. Turinlilər sona 1 tur qalmış “Napoli”ni 4 xal qabaqlayır.

Neapol təmsilçisinin “Sampdoriya” üzərində səfər qələbəsi də çempionluq şansını qorumaq üçün yetərli olmayıb.

Beləliklə "Yuventus" ardıcıl 7-ci dəf İtaliya çempionu olub.

“Roma” – “Yuventus” - 0:0

“Sampdoriya” – “Napoli” - 0:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR