İndoneziyada polis məntəqəsinin qarşısında partlayış törədilib, ölənlər var

İndoneziyada polis məntəqəsinin qarşısında partlayış törədilib, ölənlər var
# 14 may 2018 05:40 (UTC +04:00)

İndoneziyanın sayca ikinci ən iri Surabaya şəhərində partlayış baş verib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, polis məntəqəsinin qarşısında minalanmış avtomobilin partlaması nəticəsində azı 7 nəfər ölüb.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Bu arada ölkənin Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 17, yaralıların sayı isə 45 nəfərə çatıb. Polisin verdiyi məlumata görə, terror aktını terrorçu-kamikadzelər, üçü uşaq olmaqla bir ailənin 6 üzvü həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR