Milli Məclisin yaz sessiyasının son iclasının vaxtı müəyyənləşib

Milli Məclisin yaz sessiyasının son iclasının vaxtı müəyyənləşib
# 14 may 2018 09:28 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin 2018-ci il yaz sessiyasında son iclasının tarixi müəyyənləşib.

APA-nın məlumatına görə, iclas mayın 31-də keçiriləcək.

Bununla da yaz sessiyası başa çatacaq. İclasın gündəliyi yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, parlamentin növbəti plenar iclası mayın 18-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR