Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsinin əleyhinə aksiya keçirirlər, xəsarət alanlar var

Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsinin əleyhinə aksiya keçirirlər, xəsarət alanlar var
# 14 may 2018 11:08 (UTC +04:00)

Qüdsdə ABŞ səfirliyinin açılmasının əleyhinə etiraz aksiyaları davam edir.

APA-nın “Haaretz”ə istinadən verdiyi xəbərə görə, dünəndən başlayan aksiyalar Qəzza zolağı ilə sərhəddə davam etdirilir.

İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma nəticəsində 22 fələstinlinin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, ABŞ dövlət başçısı Donald Trampın 6 dekabr 2017-ci il tarixli qərarına əsasən bu gün ABŞ-ın İsraildəki səfirliyi Yerusəlimə (Qüds) köçürüləcək. Səfirliyin açılışında Trampın kürəkəni və müşaviri Cared Kuşner və xanımı İvanka Tramp, habelə İsrail prezidenti Reuven Rivlin və baş nazir Benyamin Netanyahu iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR