Sülh Platformasında görüş keçirilib

Sülh Platformasında görüş keçirilib
# 14 may 2018 11:53 (UTC +04:00)

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Katibliyinin koordinatoru Dilarə Əfəndiyeva, İstanbul-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Sülh Platformasının üzvü - Hülya Ağasoy və Qarabağ müharibəsi veteranı Rüxsarə Cumayeva arasında görüş keçirilib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H. Ağasoy rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib, regionun xalqları arasında inam yaratmaq istiqamətində Sülh Platforması ilə əməkdaşlığa hazır olduğunu bildirib.

R. Cumayeva Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəyə qalxdığı zaman hərəkatda fəal iştirakından, 20 yanvarda yaralıları xəstəxanaya aparmasından, Qarabağ müharibəsində könüllü iştirakından bəhs edib. Müharibənin ağır bir sınaq olduğunu vurğulayan R. Cumayeva münaqişənin sülh yolu ilə həll olunması üçün səy göstərilməsini vacib sayıb.

Görüş zamanı Dağlıq Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə həllinin imkanları və mexanizmləri müzakirə edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR