“Qəbələ” – “Qarabağ” görüşünün yeri müəyyənləşib

“Qəbələ” – “Qarabağ” görüşünün yeri müəyyənləşib
# 14 may 2018 12:01 (UTC +04:00)

Topaz Premyer Liqasının son turunda baş tutacaq “Qəbələ” – “Qarabağ” görüşünün yeri müəyyənləşib. Bu barədə apasport.az saytına məlumatı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev verib.

O bildirib ki, Qəbələdə keçirilməli olan görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakıya salınıb. Belə ki, qarşılaşma “Azərsun Arena”da oynanılacaq. Turun digər matçlarından fərqli, qızıl və gümüş mükafatçının dueli mayın 21-də keçiriləcək. Bütün bu dəyişikliklər medalların və kubokun təqdim edilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, sona bir tur qalmış “Qarabağ” 1-ci, “Qəbələ” isə 2-ci yeri təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR