Elmar Məmmədyarov ATƏT həmsədrləri ilə Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edəcək

Elmar Məmmədyarov ATƏT həmsədrləri  ilə Ermənistan-Azərbaycan  münaqişəsini müzakirə edəcək
# 14 may 2018 18:09 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.

APA-nın məlumatına görə, bu barədə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, 15 may tarixində Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

“Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”, deyə H.Hacıyev qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR