Netanyahu İsrail ordusunun Qəzza zolağında hərəkətlərini müdafiə edib

Netanyahu İsrail ordusunun Qəzza zolağında hərəkətlərini müdafiə edib
# 14 may 2018 19:55 (UTC +04:00)

Qəzza zolağında nümayişçilərin dağıdılması dövlətin sərhədlərini qorumaq üçün tədbirdir.

APA-nın məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu özünün “Tvitter” səhifəsində yazıb.

“Hər bir ölkə öz sərhədlərini qorumalıdır. Həmas İsrailin məhv edilməsi və minlərlə insanı öldürmək niyyətində olduğunu bəyan edir. Biz suverenliyimizi və vətəndaşlarımızı qorumaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcəyik”, baş nazir yazıb.

Qeyd edək ki, bu gün Qəzzada İsrail hüquq-mühafizə orqanları ilə toqquşmalarda 52 fələstinli ölüb, 2500-ə yaxını yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR