Bakıda ikimərtəbəli ev yanıb

Bakıda ikimərtəbəli ev yanıb
# 14 may 2018 20:14 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 192 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 96 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR