Küveyt BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Küveyt BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
# 14 may 2018 20:22 (UTC +04:00)

Küveyt Qəzza zolağında vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi BMT-dəki diplomatik mənbələrə istinadən məlumat verib.

Məlumata əsasən, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Küveyt iclasın mayın 15-i, günün birinci yarısında keçirilməsində israr edir.

Qeyd edək ki, bu gün Qəzzada İsrail hüquq-mühafizə orqanları ilə toqquşmalarda 52 fələstinli ölüb, 2500-ə yaxını yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR