Ucarda quldurluq edən əmi və qardaşı oğlu tutulub

Ucarda quldurluq edən əmi və qardaşı oğlu tutulub
# 14 may 2018 20:35 (UTC +04:00)

Ucarda quldurluq edən əmi və qardaşı oğlu tutulub.

APA-nın yerli bürosuna Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, 17 mart 2018-ci il tarixində rayonun Müsüslü kənd sakini Maral Bayramova (ad şərtidir) səhər saatlarında evdə tək olarkən iki naməlum maskalı şəxsin içəri daxil olaraq şərflə onun əl-ayağını bağladıqdan sonra 1000 manat dəyərində qızıl-zinət əşyaları və 41 manat pulunu götürərək evi tərk etmələri barədə şöbəyə məlumat verib.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin həmkəndliləri Rəcəb Elxan oğlu Hüseynov və onun qardaşı oğlu Anar Habil oğlu Hüseynov tutularaq istintaqa təhvil veriliblər. İlkin dindirmə zamanı hər iki saxlanılan şəxs çirkin əməllərini etiraf edib və hadisə yerində istifadə olunan şərf maddi sübut kimi götürülüb.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində müvafiq maddələrlə cinayət işi qaldırılıb.Saxlanılan şəxslən barədə Ucar Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR