İraqda keçirilən parlament seçkilərində Müqtəda əs-Sədrin seçki bloku liderlik edir

İraqda keçirilən parlament seçkilərində Müqtəda əs-Sədrin seçki bloku liderlik edir
# 14 may 2018 23:24 (UTC +04:00)

İraqda keçirilən parlament seçkilərində şiə lideri Müqtəda əs-Sədrin başçılıq etdiyi “Sayrun” seçki bloku liderlik edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, koalisiya İraqın 18 əyalətindən 16-da səslərin hesablanmasından sonra ilk yerdədir.

İraqın seçki orqanı olan Ali müstəqil komissiyanın məlumatına əsasən, seçkilərin yekun nəticələri bu gün açıqlanacaq.

İraqda parlament seçkiləri mayın 12-də baş tutub. Seçkilərdə seçicilərin 44,52%-i (10,7 milyon nəfər) iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR