Oğuzda bələdiyyə sədri cərimələnib

Oğuzda bələdiyyə sədri cərimələnib
# 15 may 2018 07:36 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən APA-ya bildirilib ki, reyd zamanı Oğuz rayonu Sincan bələdiyyəsi ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.

Faktla bağlı Sincan bələdiyyəsinin sədri Sərxan Zahidov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR