Allahşükür Paşazadə: “İftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlar cəzalandırılacaq”

Allahşükür Paşazadə: “İftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlar cəzalandırılacaq”
# 15 may 2018 09:43 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edib.

APA-nın məlumatına görə, Şeyxülislam bildirib ki, iftardan əvvəl imkan şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır.


O qeyd edib ki, belə hal aşkarlanarsa həmin din xadimi cəzalandırılacaq: “Belə hal dinə şəkk, Allaha üsyan etməkdir. Kiminsə imkanı varsa, bu, o demək deyil ki, orucluğun əleyhinə çıxmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR