AİB: Ötən il Azərbaycan ixracı 17% artırıb

AİB: Ötən il Azərbaycan ixracı 17% artırıb
# 15 may 2018 09:45 (UTC +04:00)

2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı sahəsində 4,2%, xidmətlər sahəsində 3,% artım, sənayedə isə 3,6% azalma baş verib.

APA-Economics” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Asiya və Sakit Okean Hövzəsinin 45 ölkəsi üzrə “2018-ci ilin əsas statistik göstəriciləri” adlı hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, ötən il Azərbaycanda mal ixracı sahəsində 17,1%-lik artım, mal idxalında isə 2,5 azalma qeydə alınıb. “Ölkənin ticarət balansı 2017-ci ildə ÜDM-in 16,4 faizini təşkil edib. Ölkənin ümumi beynəlxalq ehtiyatlarının həcmi 5,335 mlrd. dollara, gəlirləri ÜDM-in 23,5 faizinə, xərclər ÜDM-in 25,1 faizinə bərabər olub. 2017-ci ildə Azərbaycanda tədiyyə balansı ÜDM-in 5,5 faizini təşkil edib,” – deyə hesabatda vurğulanıb.

Hesabat müəllifləri onu da qeyd edib ki, ötən il Azərbaycanda yaşı 15 və daha yuxarı olan gənclərin 28,6%-nin banklar və digər maliyyə institutlarında hesablarının olduğu məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR