Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb
# 15 may 2018 10:14 (UTC +04:00)

Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü Z.N. adlı şəxsin üzərində 4 bağlamada ümumi çəkisi 324 qram olan heroin aşkarlanıb. Bağlamalar saxlanılan şəxsin ayaqqabısında gizlədilib.

Azərbaycan vətəndaşı Tbilisinin Zemo Poniçala qəsəbəsində saxlanılıb. Onu 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR