I rübdə Azərbaycanın xarici ticarət dövriyyəsində 2,5 mlrd. dollarlıq müsbət saldo yaranıb

I rübdə Azərbaycanın xarici ticarət dövriyyəsində 2,5 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 15 may 2018 11:04 (UTC +04:00)

2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsində “APA-Economics”ə verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 6 894,6 mln. dollar, o cümlədən ixracın dəyəri 4 703,5 mln. dollar, idxalın dəyəri 2 191,1 mln. dollar təşkil edib, nəticədə 2 512,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,9%, real ifadədə isə 6,3%, o cümlədən ixrac 5,3%, idxal 8,7% artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 19,2%-ni İtaliyaya, 9,2%-ni İsrailə, 7,8%-ni Türkiyəyə, 6,2%ni Çexiyaya, 6,0%-ni İndoneziyaya, 5,6%-ni Almaniyaya, 5,1%-ni Avstriyaya, 4,9%-ni Kanadaya, 4,2%-ni Hindistana, 4,1%-ni Tayvana (Çinin əyaləti), hər biri 3,5% olmaqla Rusiya və ABŞ-a, 2,9%-ni Gürcüstana, 2,3%-ni Yunanıstana, qalan 15,5%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3%-i Rusiya, 14,3%-i Türkiyə, 10,0%-i Çin, 8,8%-i Almaniya, 4,8%-i ABŞ, 3,9%-i Ukrayna, 3,8%-i Belarus, 3,3%-i İtaliya, 2,8%-i İran, 2,3%-i Çexiya, 2,2%-i Qazaxıstan, 26,5%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-mart aylarında 356,4 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 34,8%, real ifadədə isə 29,6% çoxdur.

2018-ci ilin yanvar-mart aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 66,5%, meyvə və tərəvəz şirələri – 31,8%, meyvə və tərəvəz konservləri – 27,2%, təbii üzüm şərabları və üzüm suslosu – 2,1 dəfə, kartof – 2,1 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,2%, polietilen – 10,3%, qara metallardan borular – 15,6%, pambıq ipliyi – 19,0% artıb, təzə tərəvəz ixracı 1,5%, şəkər – 47,5%, tütün – 6,5%, çay – 5,4%, bitki yağları – 20,4%, emal olunmamış alüminium – 17,2%, pambıq lifi – 31,8%, bentonit gili – 18,6%, qara metallardan yarımfabrikatlar – 51,5% azalıb.

2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında buğda idxalı 54,7%, bitki yağları – 37,3%, təzə meyvə – 51,5%, çay – 18,0%, mal əti – 29,8%, qara metallardan borular – 2,2 dəfə, minik avtomobilləri – 2,7 dəfə, mineral gübrələr – 2,4 dəfə, mebel – 2,1 dəfə, qara metallardan çubuqlar – 63,6%, rezin şinlər – 11,0%, hesablama maşınları, blok və qurğuları – 32,1%, polietilen – 59,4%, paltaryuyan maşınlar – 66,5%, yük avtomobilləri – 62,1%, sement və sement klinkerləri – 2,8 dəfə, məişət soyuducuları – 3,0 dəfə artmış, siqaret idxalı isə 13,8%, kərə yağı, digər süd yağları və pastaları – 5,4%, kartof – 10,3%, xam şəkər və şəkər – 78,6%, quş əti və onun əlavə məhsulları – 12,3%, təzə tərəvəz – 49,3%, polad prokatı – 2,3%, qara metallardan künclüklər ­– 6,1%, məişət kondisionerləri – 26,2%, avtobuslar – 24,0% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR