QMİ 35 nəfərə “Hafiz”lik titulu verib

QMİ 35 nəfərə “Hafiz”lik titulu verib
# 15 may 2018 12:18 (UTC +04:00)

Şəki İslam (hafizlik) kollecində X ənənəvi hafizlik mərasimi keçirilib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, mərasimdə "Qurani-Kərim"i əzbərləyən 35 kollec tələbəsi “Hafiz” titulunu əldə edib, onlar hafizlik diplomu almağa layiq görülüb.

Tədbirdə Şəki şəhər İcra hakimiyyətindən nümayəndələr, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini və müfti Hacı Salman Musayev, sədrin müavini Hacı Qəmər Cavadlı, Gəncliyə Yardım Fondu (GYF) Himayəçilər Şurasının sədri Ahmet Tecim və GYF kollektivi, Türkiyə səfirliyinin Dini İşləri üzrə nümayəndəsi Kamil Güneş, Şəki şəhər təhsil şöbəsinin nümayəndəsi, Ağsaqqallar Şurası sədrinin müavini və bir sıra rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR